Modern.az

Türkiyə Rusiya arasında daha bir qalmaqal

 Türkiyə Rusiya arasında daha bir qalmaqal

13 Dekabr 2015, 23:58


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Egey dənizindəki insidentlə bağlı balıqçıları dinlədikdən sonra bəyanat verəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Turkiyə mətbuatına açıqlamasında bildirib.

O, Rusiyanın bəyanatından xəbərdar olduğunu, lakin nəticənin balıqçılarla söhbətdən sonra aydınlaşacağını vurğulayıb.

Onun sözlərinə görə, Ankara eskalasiyanın əleyhinədir, ona görə də insident danışıqların predmeti olmalıdır.  

Qeyd edək ki, Rusiya döyüş gəmisi Egey dənizində Türkiyənin balıqçı gəmisi ilə toqquşmamaq üçün ona tərəf atəş açıb. Məsələ ilə bağlı həmçinin, Türkiyənin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı