Modern.az

Rusiyanın Krasnoyarsk diyarına 932 azərbaycanlı köçüb

Rusiyanın Krasnoyarsk diyarına 932 azərbaycanlı köçüb

14 Dekabr 2015, 11:13

Rusiyanın Krasnoyarsk diyarının statistika xidməti 2015-ci ilin miqrasiya rəqəmlərini açıqlayıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, cari ildə Krasnoyarsk diyarına Azərbaycandan 932 nəfər köçüb. Azərbaycanlılar Ukrayna (2769 nəfər), Tacikistan (1622 nəfər) və Qazaxıstan vətəndaşlarından (1084 nəfər) sonra diyara köç edən ən çoxsaylı etnik qrupdur.

Ümumlikdə isə, Rusiyanın sahəsinə görə 2-ci ən böyük subyekti sayılan Krasnoyarsk (2,366 milyon kvadrat kilometr) 2015-ci ilin 11 ayında daimi yaşayış üçün 9210 nəfər əcnəbi vətəndaş qəbul edib.

Miqrasiya axını hesabıəna diyarının əhalisi 1620 nəfər artıb.


Vüqar İsmayılov 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər