Modern.az

Putin öz mühafizə xidmətinin rəhbərini işdən çıxardı

Putin öz mühafizə xidmətinin rəhbərini işdən çıxardı

14 Dekabr 2015, 11:35

Rusiya prezidentinin təhlükəsizlik xidmətinə yeni rəhbər təyin olunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təhlükəsizliyinə bu gündən Dmitri Koçnev cavabdeh olacaq. 2013-cü ildən bu xidmətə rəhbərlik etmiş Oleq Klimentyev isə vəzifəsindən çıxarılaraq Rusiya Federal Təhlükəsizlik Xidmətinin 1-ci müavini təyin olunub.

“İzvestiya” qəzetinin məlumatına görə prezidentin təhlükəsizlik xidmətinə 2000-2013-cü illərdə Viktor Zolotov başçılıq etmişdi.   2013-cü ildə isə o, Rusiya DİN-in Daxili Qoşunlarının komandan müavini təyin olunub.    

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir