Modern.az

Qazaxıstan valyutası tarixdə ən böyük ucuzlaşma yaşayır

 Qazaxıstan valyutası tarixdə ən böyük ucuzlaşma yaşayır

Dünya

14 Dekabr 2015, 12:14



Qazaxıstanın milli valyutası olan tenge bu gün də kəskin ucuzlaşaraq 22 illik tarixinin ən aşağı səviyyəsinə enib. Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu gün ölkənin fond birjalarında dollar bahalaşaraq 329,67 tengeyə dəyişdirilir.

Yerli mətbuat bəzi valyutadəyişmə məntəqələrində 1 dolların 330-335 tengeyə dəyişdirildiyini yazır.

Bu 1993-cü ilin noyabr ayında Qazaxıstan valyutasının dövriyyəyə buraxılmasından sonra qeydə alınan ən minimal göstəricidir. Digər tərəfdən, avro da rekord vuraraq 357 təngəyə dəyişdirilir.

2015-ci il avqustun 20-də Qazaxıstan Milli Bankı milli valyutanı üzən məzənnə kimi dövriyyəyə buraxıb. Nəticədə tenge 1 gündə 35 faiz ucuzlaşaraq dollara qarşı 188-dən 255 tengeyə qədər dəyərini itirib.

Noyabrın əvvəllərində isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Milli Bankın rəhbəri Kayrat Kelimebotu uğursuz valyuta siyasətinə görə istefaya göndərib. Prezident xalqa müraciət edərək tengenin stabil valyutaya çevriləcəyinə söz verib.

 Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür