Modern.az

Dünyanın ən keyfiyyətli yolları – Azərbaycan 69-cudur

Dünyanın ən keyfiyyətli yolları – Azərbaycan 69-cudur

14 Dekabr 2015, 14:06


Ümumdünya İqtisadi Forumu 2015-2016-cı illəri əhatə edən “Global Competitiveness Report” hesabatı çərçivəsində dünya ölklərində yolların keyfiyyətini öyrənib və bunun əsasında reytinq cədvəli tərtib edib.

Modern.az təşkilatın saytına istinadən xəbər verir ki, 140 ölkənin yer aldığı reytinq cədvəlində Azərbaycan yollarının keyfiyyət göstəricisinə görə 69-cu pillədə qərarlaşıb.

Ən keyfiyyətli yollara malik ölkələrin ilk üçlüyündə Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya və Sinqapur qərarlaşıb.   Keçmiş sovet respublikalarından Rusiya 123-cü, Qazaxıstan 107-ci, Tacikistan – 82, Qırğızıstan 133-cü və Ukrayna 132-ci pillədə yerləşib.   “Global Competitiveness Report” un reytinqində ən pis yolları olan ölkə Qvineya (140) seçilib.            

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir