Modern.az

Dünyanın 100 ən böyük silah şirkəti – Onlardan 2-si Türkiyənindir

Dünyanın 100 ən böyük silah şirkəti – Onlardan 2-si Türkiyənindir

14 Dekabr 2015, 15:32

Stokholm Beynəlxalq Dünya Problemlərinin Araşdırlması İnstitutu (SİPRİ) dünyanın ən böyük 100 silah şirkətinin siyahısını dərc edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, institut 2014-cü ildə dünya hərbi sənaye şirkətlərinin 401 milyard dollar dəyərində müqavilələr imzaladığını yazıb.

Məlumata görə, ən böyük hərbi şirkətlərin “100”lüyündə 11 rus şirkəti yer alıb. Halbuki, ötən il bu şirkətlərin sayı 9 idi. Ötən ilə görə 48,4 faiz artım göstərən Rusiya şirkətləri ötən il dünyada satılan silahların 10,2 faizini istehsal ediblər. Onların arasında “Almaz Antey”, “Birləşmiş Gəmiqayırma Korporasiyası”, “Rusiya Vertolyotları”, “Uralvaqonzavod”, “Suxoy”, ”İrkut” və s. daxildir.  

Ən böyük silah şirkətləri arasında Türkiyənin 2 təmsilçisi də var.“ASELSAN” və “Türkiyə Hava Kosmik Holdinqi” siyahıda yer alıb.

İlk pillədə ABŞ-ın “Lockeed Martin” aviasiya korporasiyası qərar tutub. İkinci pillədə “Boing”in hərbi şirkətləri, üçüncüdə isə Böyük Britaniyasınn “BAE Systems” korporasiyasıdır.        

Vüqar İsmayılov   

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir