Modern.az

Müəllimlərin işə götürülməsi üçün keçirilən II müsabiqə də başa çatıb

Müəllimlərin işə götürülməsi üçün keçirilən II müsabiqə də başa çatıb

Ölkə

20 Oktyabr 2009, 13:03

Təhsil Nazirliyi Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlərin tutulması üçün oktyabrın 1-də elan etdiyi II müsabiqəni də yekunlaşdırıb.

Modern.az nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iki mərhələdən ibarət II müsabiqənin qalibləri olan müəllimlər artıq oktyabrın 20-dən işə çıxmalıdırlar.

Qeyd edək ki, II müsabiqəyə paytaxtın müxtəlif məktəblərində olan 226 vakant iş yeri çıxarılmışdı. Onlardan 27-si ibtidai sinif, 8-i Azərbaycan dili və ədəbiyyat, 10-u riyaziyyat, 40-ı informatika, 10-u fizika, 7-si kimya, 8-i biologiya, 10-u tarix, 10-u coğrafiya, 22-si ingilis dili, 40-ı fiziki tərbiyə, 12-si gənclərin çağırışa qədərki hazırlığı, 6-sı əmək hazırlığı, 11-i musiqi və nəğmə, 5-i təsviri incəsənət, rəsmxət müəllimi yerləri idi.

Müsabiqənin ikinci mərhələsində namizədlərlə test imtahanı keçirilib. Hər iki mərhələnin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qitmətləndirilməsi həyata keçirilib. Sonra keçid balı toplamış namizədlərin ərizədə göstərdikləri konkret məktəbdə iş yerinə qəbulu barədə müvafiq qərar qəbul edilib.

Beləliklə, Bakıdakı orta məktəblərə daha 22 ingilis dili, 23 ibtidai sinif, 4 riyaziyyat, 37 informatika, 8 Azərbaycan dili və ədəbiyyat, 9 tarix, 31 fiziki tərbiyə, 6 gənclərin çağırışaqədərki hazırlığı, 6 əmək hazırlığı, 2 musiqi və nəğmə, 1 təsviri incəsənət, rəsmxət müəllimi işə götürülüb. Onlar test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər kimi keçid balını toplamış hesab olunublar. Təhsil Nazirliyinin məktubuna əsasən, məktəb direktoruun əmri ilə işə götürülən müəllimlərlə əmək müqaviləsi bağlanılacaq. Müsabiqənin nəticələri ilə bağlı  apelyasiya şikayətinə bu həftə ərzində baxılacaq.

Təhsil Nazirliyindən bildirilib ki, namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərində qeydiyyatda olması nəzərə alınıb. Xatırladaq ki, sentyabrda keçirilən I müsabiqəyə Bakıdakı məktəblərdə olan 365 vakant yer çıxarılmışdı. Həmin yerlərə 2147 müəllim elektron ərizə vermişdi. Yekunda yerlərin 226-sə tutulmamışdı.

Lakin bu dəfəki müsabiqədə də 4 ibtidai sinif, 1 tarix, 3 informatika, 6 riyaziyyat, 9 fiziki tərbiyə, 6 gənclərin çağırışaqədərki hazırlığı, 9 nəğmə və musiqi, 4 təsviri incəsənət, rəsmxət müəllimi yeri tutulmamış qalıb. Adəm

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?