Modern.az

Qəddafinin oğlu Hannibal Livanda saxlanılıb

 Qəddafinin oğlu Hannibal Livanda saxlanılıb

14 Dekabr 2015, 22:25


Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Hannibal Livanda saxlanılıb. Modern.az saytının APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Ən-Nahar” qəzeti xəbər verib.

Məlumata əsasən, dindirilmədən sonra məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Hannibal Qəddafi 1978-ci ildə Liviyada müəmmalı şəkildə itkin düşən şiə imamı Musa Sədr barədə məlumatı qəsdən gizlətməkdə təqsirli bilinir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hannibal Qəddafi Livanda şiə qruplaşmaları tərəfindən oğurlanıb, sonra isə təhlükəsizlik orqanlarına təhvil verilmişdi. Mühacir həyatı yaşayan 40 yaşlı Hannibal Qəddafi livanlı model Alina Skaffla evlidir və tez-tez Beyrutda olur.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər