Modern.az

Erməni əsilli nazir Saakaşvilinin anasını söydü

Erməni əsilli nazir Saakaşvilinin anasını söydü

Dünya

15 Dekabr 2015, 11:12

Ukraynanın erməni mənşəli daxili işlər naziri Arsen Avakov Ukrayna Milli İslahatlar Şurasının iclasında Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ilə dalaşıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Avakov Facebook-dakı səhifəsində Saakaşvili ilə mübahisə etdiyini və onun başına su tökdüyünü yazıb.

Bu gün mətbuat konfransı keçirən Mixail Saakaşvili hadisə ilə bağlı öz versiyasını səsləndirib:  

“Mənim hesabatımdan sonra daxili işlər naziri söz aldı. O, öncə diplomatik tonda danışsa da, sonradan məni təhqir etməyə başladı”.

Saakaşvili Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin oğurluq və yeyinti ilə məşğul olması barədə fikirlərini təkrar səsləndirdikdən sonra Avakovun prezident Pyotr Poroşenkonun yanında onun anasını söydüyünü deyib: “O, təhqiredici sözlər deməyə başladı və üstümə stəkan tullamaq istədi”.  

Odessa vilayətinin qubernatoru baş nazir Arseni Yatsenyukun da Avakova qoşularaq onu təhqir etməyə başladığını deyib: “Yatsenyuk məni qastrolçu adlandırdı və Ukraynadan rədd olmağımı tələb etdi. Onun dediyi söyüşləri burda səsləndirməyəcəm”.  

Bununla belə, Mixail Saakaşvili Ukraynadan getmək niyyətində olmadığını və vəzifəsinin icrasına davam edəcəyini deyib.      

Vüqar İsmayılov        :

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!