Modern.az

Dağlıq Qarabağa gələn məşhur müğənni həbs edildi

Dağlıq Qarabağa gələn məşhur müğənni həbs edildi

15 Dekabr 2015, 15:37

Məşhur opera müğənnisi Monserrat Kabalye həbs cəzası alıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Barselona məhkəməsi müğənnini vergidən yayınmaqda və fırıldaqçılıqda təqsirli bilərək 6 ay azadlıqdan məhrum edib.

Bundan başqa, müğənni 255 min avro cərimə ödəməli olacaq.

Məlumata görə, müğənni 2010-cu ildən gəlir bəyannaməsini gizlədib və vergi ödəməkdən yayınmaq üçün yaşayış yeri kimi Andorranı göstərib.

Qeyd edək ki, Monserrat Kabalye bir neçə dəfə ermənilərin dəvəti ilə Dağlıq Qarabağda qanunsuz səfərdə olub. Kabalye ilk dəfə 2013-cü ilin iyununda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini qanunsuz ziyarət edib. O, səfər zamanı “Ermənistan, Artsax: xristianlıq adası” adlı albomunu təqdim edib. Həmin səfərə görə ispan opera müğənnisi Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına da daxil edilib.

Ermənistan prezidenti Serj Sərkisyan isə Monserrat Kabalyenin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün çətinliklərlə üzləşdiyini bildirərək müğənnini bu addımına görə Ermənistanın ali mükafatı olan “Şərəf” medalı ilə təltif edib.

Dağlıq Qarabağa səfəri ilə Azərbaycanda böyük narazılığa səbəb olan Kabalye Sərkisyana bundan sonra da Ermənistana və Xankəndinə səfərlərini davam etdirəcəyini demişdi. 

Xatırladaq ki, Monserrat Kabalye 2004-cü il noyabrın 4-də Bakıya da gəlmiş, Opera və Balet Teatrında konsert vermişdi.

 

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi