Modern.az

Ermənilər ordudakı qırğınla bağlı rəqəm açıqladılar

Ermənilər ordudakı qırğınla bağlı rəqəm açıqladılar

Təhsil

20 Noyabr 2010, 16:41

Düşmən iddia edir ki, 4 əsgər ölüb, daha 4 əsgər isə ağır yaralanıb

Dünən gecə erməni ordusunda baş vermiş silahlı insident nəticəsində həlak olanların sayı barədə ilk rəsmi açıqlama yayılıb. Modern.az erməni internet resurslarına istinadən bildirir ki, düşmən tərəf Azərbaycanın  işğal olunmuş ərazisində yerləşən erməni ordusundda baş vermiş gülləbaran nəticəsində 4 əsgərin həlak olduğu, 4 əsgərin isə yaralandığını iddıa edib. Hadisənin təfərüatları barədə geniş məlumat verilmir.

Məlumata görə, həlak olan əsgərlər 1991-ci ildə anadan olan Levon Esyan, Nver Sarkisyan, 1990-cı il təvəllüdlü Nerses Qaloyan, Narek Saakyandır.

Xatırladaq ki, 19 noyabrda gecə Dağlıq Qarabağda yerləşən erməni hərbi hissələrinin birində silahlı qarşıdurma baş verib. Hadisə eyni hərbi hissədə qulluq edən əsgərlər arasında mübahisə nəticəsində yarandığı ehtimal edilir. Lakin bütün gün ərzində Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı heç bir rəsmi mövqe bildirməyib.

Rəsmi məlumat kimi Azərbaycanın işğal olunmuş ərazisində yerləşən hərbi hissədə fövqəladə hadisə baş verdiyi xəbəri yayılıb. Amma erməni müxalifət mənbələri Müdafiə Nazirliyinin rəsmi məlumatlarını həqiqətdən uzaq sayırlar. Bəzi erməni müxalif mənbələri erməni saytlarının forumlarındakı müzakirələrdə ölən və yaralananların sayının 50 nəfərədək olduğunu bildirirlər. 

Modern.az erməni internet mənbələrinə istinadla xəbər verir ki, artıq Ermənistanda Əsgər Anaları Cəmiyyətinin üzvləri ayağa qalxaraq ordudakı özbaşınalığa etirazını bildiriblər. Onlar müdafiə naziri Seyran Ohanyandan açıqlama və istefa tələb edirlər.

Bir sıra müşahidəçilərin fikrincə, bu qalmaqal son zamanlar Ermənistanlı gənclər arasında  Dağlıq Qarabağ əhalsinə qarşı müşahidə edilən mənfi münasibətin fonunda müzakirə edilməlidir. Ermənistanda anadan olanlar Dağlıq Qarabağda hərbi xidmətdən yayınırlar.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə