Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər. BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynovanın ANS-ə verdiyi məlumata görə, komitənin Ermənistan nümayəndəliyi əməkdaşlarının iki Azərbaycan hərbçisi ilə görüşü 18 noyabr tarixində baş tutub.
İlahə Hüseynovanın sözlərinə görə, qurum nümayəndələri azərbaycanlı əsirlərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.
Xatırladaq ki, hazırda erməni əsirliyində iki Azərbaycan hərbçisi var. Onlardan Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov 2010-cu il avqustun 27-də, digər kiçik çavuş Anar Hacıyev isə 2009-cu il 10 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb.