Modern.az

Abdulla Gül Nikola Sarkozi ilə mübahisə edib

Abdulla Gül Nikola Sarkozi ilə mübahisə edib

Təhsil

22 Noyabr 2010, 12:44

Türkiyə və Fransa prezidentləri Abdulla Gül və Nikola Sarkozi Lissabon sammitində ciddi mübahisələri olub. Modern.az  “Hüriyyət” qəzetinə istinadən bildirir ki, Sarkozi NATO –nun raketdən müdafiə ilə bağlı yekun sənədində İranın potensial nüvə təhlükəsi yaradan ölkə kimi adının yazılmasını istəyib. Amma Türkiyənin ciddi müdaxiləsindən sonra bu baş tutmayıb. “Hər hansı bir ölkənin adını çəkməyi ağlınıza belə gətirməyin. Raketdən müdafiə hər hansı bir ölkəyə qarşı yönəlməyib”-deyə A.Gül israrla öz fikrini müdfiə edib.

"Milliyət" bildirir ki, NATO üzvlərinin əksəriyyəti, o cümlədən ABŞ və Böyük Britaniya Türkiyə ilə həmrəylik göstəriblər. Bunun nəticəsində Fransa geri çəkilib.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə