Modern.az

BP-yə təyinat alan azərbaycanlı vitse-prezident kimdir?

BP-yə təyinat alan azərbaycanlı vitse-prezident kimdir?

18 Dekabr 2015, 15:20

"BP-Azerbaijan"ın "Azəri" yatağında əməliyyatlar üzrə meneceri Elxan Məmmədov şirkətin hasilat üzrə yeni vitse-prezidenti təyin edilib. BP-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Elxan Məmmədov yeni vəzifəsinə yanvarın 1-dən başlayacaq.
Elxan Məmmədov BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse-prezidentidir.
Bu vəzifədə E.Məmmədov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə hasilat işlərinin idarə olunmasına cavabdeh olacaq. Bundan əlavə, o həm də Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Texniki Qrupa sədrlik edəcək

Vitse-prezident rolunda Elxan Məmmədoiv yeni vəzifəyə gedəcək Pat Droonu əvəz edəcək və BP-nin regional rəhbər qrupunun üzvü olacaq, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur

Elxan Məmədov BP-yə 2001-ci ildə “Çıraq” platformasında nəzarət-ölçü cihazları üzrə texnik kimi qoşulub. Sonra o, BP-nin Şimal dənizində və Xəzərdəki müxtəlif platformalarında çalışıb. Daha sonra “Çıraq” platformasının meneceri və 2009-cu ildə isə BP-nin Azərbaycan üzrə quru əməliyyatları meneceri təyin olunub.   2013-cü ilin iyun ayından BP-nin “Azəri” sahəsi üzrə əməliyyatlar meneceridir.

Elxan Məmmədov 2011-ci ildə ABŞ-ın Boston şəhərindəki Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Academiyasını bitirib. O, əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar sahəsində ixtisas forumunun sədri və regionun texniki forumunun həmsədridir.
2014-cü ildə Elxan Məmmədov Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına töhfəsinə görə  “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir, üç övladı var.
 
Aytən ZƏHRA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir