Modern.az

Vüqar Bayramov Avropa Birliyinin Forumunda İdarə Heyətinə seçilib

Vüqar Bayramov Avropa Birliyinin Forumunda İdarə Heyətinə seçilib

Qarabağ

22 Noyabr 2010, 15:45

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində noyabrın 18-dən 20-dək Vətəndaş Cəmiyyəti Forumu keçirilib. Forumda AB Şərqi Tərəfdaşlıq Proqramının İdarə Heyətinə və eləcə də ölkələr üzrə milli kordinatorların seçkisi olub. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Azərbaycan nümayəndə heyəti üzvləri arasında təşkil edilən gizli səsvermə nəticəsində yekdilliklə Şərqi Tərəfdaşlıq Forumuna milli kordinator seçilib.
İqtisadçı alim həmçinin forumun idarə heyyətinə üzv olub. Məlumat üçün bildirək ki, Şərqi Tərəfdaşlıq Forumunun idarə heyyəti 17 nəfərdən ibarətdir. Bura  həm Şərqi Tərəfdaşlıq Proqramına, həm də Avropa Birliyinə üzv olan ölkələrin nümayəndələri daxildir. Qeyd edək ki, Şərqi Tərəfdaşlıq Proqramı Avropa Birliyinin ən ciddi proqramı hesab edilir və Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanı əhatə edir.

İqtisadçı alım ilk növbədə onu dəstəkləyən Azərbaycan vətəndaş cəmiyyəti institutlarına minnətdarlığını bildirərək qeyd edib ki, idarə heyyəti Şərqi Tərəfdaşlıq Proqramı ilə bağlı qərarların qəbulunu həyata keçirir: “İdarə heyəti həmçinin  Avropa Birliyinin rəhbərliyinə Şərqi Tərəfdaşlıq Proqramına üzv olan ölkələrlə Avropa Birliyi arasında münasibətlərin təkmilləşdirilməsi, əlaqələrin, Avropaya inteqrasiya ilə bağlı xüsusi təkliflər vermək və qərarlara təsir göstərmək səlahiyyətinə malikdir”.

Vüqar Bayramov həmçinin əlavə edib ki, prorqam çərçivəsində Azərbaycanda geniş fəaıiyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Milli Platformada ölkəmizin aparıcı təşkilatların rəhbərləri təmsil olunur ki, bu da bu istiqamətdə uğur əldə etməyə zəmin yaradır.

Xatırladaq ki, Azərbaycanın AB-nin Şərqi Tərəfdaşlıq Proqramına qoşulmaqla bağlı memarondumu ölkə başçısı İlham Əliyev Çexiyanın Praqa şəhərində 2009-cu ilin may ayında imzalayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü