Modern.az

Nazir əvəzi “Microsoft”la birgə İşçi qrup yaradır

Nazir əvəzi “Microsoft”la birgə İşçi qrup yaradır

İqtisadiyyat

18 Dekabr 2015, 17:06

Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə dekabrın 18-də “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Maykl Koqler ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın dövlət qurumlarında istifadə olunan “Microsoft” proqram təminatlarının lisenziyalaşdırılması və bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş kimi çıxış etməsi, elektron imza alqoritmlərində yeni texnologiyaların tətbiqi müzakirə olunub.

Maykl Koqler bildirib ki, “Microsoft” Azərbaycanla əməkdaşlığa və bu əməkdaşlığın genişləndirilməsinə maraqlıdır.

Ramin Quluzadə nazirliyin qeyd olunan əməkdaşlığa açıq olduğunu deyib və irəli sürülən təkliflər əsasında İşçi qrupun yaradılması təklif olunub.

İşçu qrup mövcud vəziyyəti araşdırmalı və əməkdaşlığın perspektivləri ilə bağlı konkret təkliflər hazırlamalıdır.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır