Modern.az

İtaliya şirkəti Azərbaycanın əsas qaz kəmərinin səhmlərini alıb

 İtaliya şirkəti Azərbaycanın əsas qaz kəmərinin səhmlərini alıb

İqtisadiyyat

18 Dekabr 2015, 22:09

İtaliyanın “Snam SpA” şirkəti tərəfindən Transadriatik qaz kəmərinin (TAP) səhmlərinin 20 faizinin alınmasına dair sövdələşmə başa çatıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda TAP rəhbərliyi məlumat yayıb.  

Bildirildiyinə görə, İtaliya şirkəti “Statoil”ə məxsus səhm paketini alıb. Nəticədə TAP-ın yeni sövdələşmə tərkibi belə olub: BP – 20 faiz, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) – 20 faiz, “Snam” – 20 faiz, “Fluxys” – 19 faiz, “Enagas” – 16 faiz və “Axpo” – 5 faiz.

“Hazırda “Snam S.p.A.” rəsmən qaz kəməri layihəsinin tərəfdaşları sırasına qoşulub. İtaliya şirkətinin iştirakı TAP-ın qitənin enerji bazarına yeni qaz ehtiyarının nəqlinin strateji əhəmiyyətli Avropa layihəsi olduğunu təsdiqləyir”, - TAP-ın icraçı direktoru Yan Bredşou deyib.

TAP-ın işə düşməsi Azərbaycan qazının Cənub-Şərqi Avropanın bir neçə ölkəsinə - o cümlədən Bolqarıstan, Albanya, Bosniya və Hersoqovina, Çernoqoriya, Xorvatiyaya nəqlinə imkan verəcək.   TAP-ın çəkilişi İtaliyada yekunlaşacaq. Bu isə Xəzər dənizindəki təbii qazın Avropanın iri bazarına – Almaniya, fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya gələcək nəqlinə imkan yaradacaq.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir