Böyük Britaniyada bəzi həftəsonu məktəblər yəhudiləri təhqir edən mətnlərin olduğu kitablardan dərs keçir. Həmin məktəblərin istifadə etdiyi dərs kitabları Səudiyyə Ərəbistanında dərc olunub.
İslam dərsi keçilən bəzi özəl məktəblərdə şagirdlərə dəhşətli məlumatların öyrədildiyi üzə çıxıb. 5 min şagirdin təhsilə aldığı bir məktəbdə, oğruların əllərinin necə kəsilməsi və yəhudilərin dünyaya necə sahib olacağı barədə məlumatların öyrədildiyi məlum olub. 2-13 yaşlı uşaqlar üçün nəzərdə tutulan kitablardan birində deyilir ki, yəhudilər donuza oxşayır. Daha sonra isə kitabda uşaqlara yəhudilərin pis keyfiyyətlərini sıralamaq təlimatı verilir.
15 yaş üçün nəzərdə tutulan təhsildə uşaqlara oğurluq və homoseksuallığın necə cəzalandırılacağından bəhs edilir. Dərs kitablarında ayrıca bəzi yəhudilərin donuz və meymunlara çevrildiyi və bəzi cəzaları da daşlama yolu ilə necə cəzalandırmaq mümkün olduğu bildirilir. Altı yaşındakı uşaqlar üçün hazırlanan kitabların birində İslam dininə inanmayanların cəhənnəmdə yanacağı xəbərdarlığı edilir.
BBC-nin məlumatına görə, Britaniya hökuməti deyib ki, ölkədə müsəlman uşaqlarına anti-semit və homofobik dərslərin keçirilməsinə dözmək fikrində deyil.