Noyabrın 22-də Suriya Ərəb Respublikasının prezidenti Bəşşar əl-Əsəd Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Azərbaycan və Suriya prezidentləri ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.