Modern.az

Horadiz tikiş fabriki sifariş gözləyir

Horadiz tikiş fabriki sifariş gözləyir

21 Dekabr 2015, 11:06

Ölkə başçısının məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarına və  sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıq və göstərişlərinə uyğun olaraq Horadiz şəhərində tikiş fabriki yaradılıb. Prezident cənab İlham Əliyevin ötən il avqustun 28-də Füzuliyə səfəri zamanı açılışında iştirak etdiyi Horadiz tikiş fabrikində müasir texnika və dəzgahların quraşdırılıb, fabrikdə keyfiyyətli məhsul istehsalına imkan verən şərait yaradılıb.

Modern.az-ın məlumatına görə, Horadiz tikiş fabriki özəl istehsal müəsisəsi olmaqla sifariş əsasında xidmət göstərir.  Hazırda 15-ə yaxın işçinin çalışdığı Horadiz tikiş fabrikində sifariş əsasında yataq dəstləri, qadın geyimləri, kişi və uşaq şalvarları, həmçinin məktəbli dəstləri istehsal olunur. Burada istehsal olunan məhsullar əsasən daxili bazar üçün nəzərdə tutulub. Sifarişlərin az olması fabrikin tam gücü ilə işləməsinə imkan vermir. Horadiz tikiş fabrikinin direktoru Şirvan Səfərov deyir ki, sifarişlər çox olarsa müəssisənin illik dövriyyəsini 2 milyon manata, burada çalışan işçilərin sayını isə 100 nəfərə çatdırmaq olar.

“Sifariş verilərsə biz fabrikdə hərbi təyinatlı məhsullar, o cümlədən də hamam dəstləri istehsal edə bilərik. Bunun üçün fabrikdə müasir texnika və dəzgahlar mövcuddur, rayonda bu sahədə işləmək bacarığı olan təcrübəli işçilər və texniki kadrlar var”.

Rayon İcra Hakimiyyəti Horadiz tikiş fabrikin təyinatına uyğun tam gücü ilə işləməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun artırılması, rayonda özəl sektorun inkişafına dəstək olmaq məqsədilə fabrikə sifarişlər verilməsi üçün aidiyyəti qurumlara müraciətlər edib.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir