Erməni ordusunda baş vermiş qanlı qırğının səbəbləri bəlli olub. Hərbi hissədə baş vermiş qanlı hadisənin səbəbkarı yaralı əsgər Manvel Azoryan olub. Modern.az erməni internet resurslarına istinadən bildirir ki, Azoryan 7 xidmət yoldaşını güllələyəndən sonra özünü öldürmək istəyib. Amma sağ qalıb. Hazırda Azoryan Xankəndində güclü mühafizə altında hospitalda yatır. Qanlı qırğın döyüş postunda cox mənasız bir mübahisə üstə baş verib. Əsgərlər SD-pleyeri bölüşdürə bilməyiblər. Bununla bağlı əsgərlər arasında mübahisə düşüb və bu gülləbaranla nəticələnib.