Modern.az

Bakıda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakıda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

23 Noyabr 2010, 11:39

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

25 ölkə və bir sıra beynəlxalq təşkilat təmsilçilərinin qatıldığı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə yanaşı ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin, Counterpart İnternational Təşkilatının, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun  və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin yaxından iştirakı və dəstəyilə həyata keçirilir.

Şuranın mətbuat xidmətindən verilən məlumata görə, konfrans 25-26 noyabr 2010-cu il saat 10.00-da Bakı şəhəri “Park İnn” hotelinin “Dan ulduzu” zalında öz işinə başlayacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır