Modern.az

Vüqar Səfərli istefa verdi

Vüqar Səfərli istefa verdi

23 Noyabr 2010, 12:02

Modern.az saytının məlumatına görə, Azərbaycanda mətbuat yayımı işini həyata keçirən ən böyük qurumlardan biri - “Azərmətbuatyayım” ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. İndiyədək Azərmətbuatyayım” ASC-yə sədrlik edən Vüqar Səfərli öz vəzifəsindən istefa verib. Qeyd edək ki, Vüqar Səfərli həm də Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktorudur.
V.Səfərlinin yerinə “Azərmətbuatyayım” ASC-nin sədri postuna Süleyman Salmanov təyin olunub.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Modern.az-a açıqlamasında “Azərmətbuatyayım” ASC-nin rəhbərliyindən getməsi barədə xəbəri təsdiq edərək bildirib ki, onun qurumdan istefası səhmdarların iclasından sonra baş verib.

“Biz bu iclası gözləyirdik. Səhmdarların yeni iclasından sonra istefa verdim”.
V.Səfərli deyib ki, “Azərmətbuatyayım” ASC-nin yeni sədrini tanıyır və o uzun müddət “Kaspi”də işləyib. “Bu işlərdən kənar adam deyil. Biz lazım olsa, ona məsləhətlərimizi də verəcəyik”

V. Səfərli bildirib ki, KİV DF-yə rəhbərliyi davam edəcək. “Mənim əsl iş yerim Fonddur. Mən bura prezidentin fərmanı ilə təyin olunmuşam”-deyə V. Səfərli bildirib. 

“Azərmətbuatyayım” ASC-dən bildirilib ki, yeni sədr Süleyman Salmanov bu gündən artıq işə çıxıb.

Qeyd edək ki, “Azərmətbuatyayım” ASC Bakı ilə yanaşı, rayonlarda mətbuat yayımı işini həyata keçirir. Qurumun respublika üzrə 300-ə yaxın qəzet köşkü fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün rayonlarda satış nöqtələri var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi