Modern.az

Müstəqil Azərbaycan tarixində manatın devalvasiyaları

Müstəqil Azərbaycan tarixində manatın devalvasiyaları

21 Dekabr 2015, 16:58


Bu gün səhər saatlarında Azərbaycan Mərkəzi Bankı üzən valyuta məzənnəsi rejiminə keçdiyini bəyan edib. Bununla da manat dollar və avro ilə müqayisədə daha 50 faiz ucuzlaşıb.
Manat növbəti devalvasiyaya uğrayaraq 1 dollar qarşısında 1 manat 50 qəpik olub.

Baş verən xoşagəlməz hadisə iqtisadçı ekspertlər və əhali tərəfindən də müxtəlif reaksiyalara səbəb olub.

Modern.az  xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu gün baş verən devalvasiya müstəqil Azərbaycan tarixində ilk belə hadisə deyil.

İqtisadçı devalvasiyaların tarixinə ekskurs edib:

24 mart 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi kəskin ucuzlaşır və dollar 118-dən 174,2-yə qalxır. Ucuzlaşma 47,6%;

23 may 1994-cü il. Manatın dollara olan rəsmi məzənnəsi 186,9-dan 1100-yə düşür. Ucuzlaşma 488,5%;

13 dekabr 1994-cü il. Rəsmi məzənnə 3500-dən 4155-ə düşür. Ucuzlaşma 18,7%;

21 fevral 2015-ci il. Rəsmi məzənnə 0,78-dən 1,05-ə düşür. Ucuzlaşma 34,6%;

21 dekabr 2015-ci il. Rəsmi məzənnə 1,0499-dan 1,55-ə düşür. Ucuzlaşma 47,6%.

1994-cü ildə manat dollara münasibətdə 3444%, 1995-ci ildə 6,2% dəyərini itirib. Növbəti illərdən başlayaraq manat revanş götürüb. 1996-cı ildə 7,7%, 1997-c ildə 5,1% bahalaşıb. 

Ağa Akifoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı