Modern.az

“Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur” - Mərkəzi bank rəhbəri

 “Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur”  - Mərkəzi bank rəhbəri

21 Dekabr 2015, 22:01

“Bank sektorunda situasiya stabildir və bunu sübut edən başlıca amillərdən biri bank sektorunun kapital adekvatlığıdır. beynəlxalq praktikada bu göstərici 8%-dir, lakin bu gün Azərbaycanın bank sektorunda bu rəqəm 17% təşkil edir”. Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.  

E. Rüstəmov qeyd edib ki, bankların likvidliyi bu gün 2 dəfədən yuxarıdır.

"Bu baxımdan, bank sistemimiz sabit sistemdir. Biz mütəmadi olaraq sektorun stress-testləşməsini aparırdıq. Stress-testlərin nəticələri göstərir ki, bu gün bank sektoru hətta üzən məzənnə rejimində dayanıqlılıq nümayiş etdirir. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə qeyd edirəm. Bütövlükdə, əmanətlərin 80%-i xarici valyutadadır və onlar məzənnə dəyişikliyindən yaxşı sığortalanıb”, - deyə baş bankir bildirib.

Mərkəzi bank rəhbəri bildirib ki, manatın əsas bazar dəyərini tapmaq olduqca mühümdür: “Manatın tələb və təklif ətrafında formalaşan real məzənnəsi tədiyyə balansımızın tarazlığına gətirməlidir, bu, bizim güddüyümüz başlıca məqsəddir. Digər tərəfdən, bu, imkan verəcək ki, biz ölkənin strateji valyuta ehtiyatlarını qoruyub saxlayaq. Qeyd etdiklərim makroiqtisadi amillərdir. Bizi isə ən çox düşündürən mikroiqtisadi amillərdir. Söhbət milli iqtisadiyyatımızın rəqabət qabiliyyətindən gedir. Bu, imkan verir ki, yerli istehsalımız, ixracımız stimullaşsın, idxalımız isə məhdudlaşsın. Bu da imkan verəcək ki, biz iqtisadi artımımızı, məşğulluğumuzu yaxşılaşdıraq. Bizim əsas pinsipial hədəfimiz bundan ibrətdir”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir