Modern.az

“Ermənistan ordusunda həbsxana ierarxiyası hakimdir”

“Ermənistan ordusunda həbsxana ierarxiyası hakimdir”

Təhsil

23 Noyabr 2010, 15:04

Bu gun “Mubariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.

 Politoloq deyib ki, Dağlıq Qarabağ munaqişəsini həll etmək üçün Azərbaycanın həm uzunmüddətli, həm də qısamüddətli planı var. Onun sözlərinə görə, Ermənistanı regional layihələrdən kənarda saxlamaq Azərbaycanın Ermənistana qarşı uzunmüddətli mübarizə planının tərkib hissəsinə daxildir: “Azərbaycan həmçinin Naxçıvanı regional elektroenerji mərkəzinə çevirməklə, Ermənistan iqtisadiyyatının ağırlıq mərkəzinin formalaşmasına imkan verməməklə və xloropren zavodu tikməklə rəsmi Yerevanı çətin vəziyyətdə qoya bilər”.

SİTM sədri yaxınmüddətli mübarizənin əsas istimatlərini də açıqlayıb. Qeyd edib ki, qarşıda dayanan əsas vəzifə diplomatik yolla Ermənistanın iflasını başa çatdırmaqdır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar 1992-ci ildən başlayıb. Ermənistan 18 ildir ki, beynəlxalq ictimaiyyəti aldadir. Ermənistanın regional ictimaiyyətin inkişafına əngəl olduğunu beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq. Ermənistanın regional sabitlik üçün də böyük təhlükə olduğunu sübut etməliyik”. M.Əhmədoğlu bildirib ki, Azərbaycan işğal altında olan torpaqların hərbi yolla azad edilməsi istiqamətində də səylərini davam etdirməlidir: “Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini ATƏT-in Astana sammiti müəyyənləşdirəcəkdir”.

Mərkəz rəhbərinin fikrincə, Dağlıq Qarabağda müharibənin başlanması təkcə Azərbaycanın deyil, həm də Ermənistanın maraqlarına cavab verir: “Ermənistan Dağlıq Qarabağı müharibə yolu ilə ələ keçirib. Bu gun Ermənistan cəmiyyəti Dağlıq Qarabağı sülh yolu ilə geri qaytarmağa hazır deyil. Amma Ermənistan Dağlıq Qarabağı müharibə nəticəsində itirəcəyi təqdirdə, cəmiyyət bunu həzm edəcək. Ən əsası isə, Sərkisyan müharibənin başlanmasını Rusiyanın Ermənistandan qovulması prosesinə çevirəcək. Rusiyanın Ermənistandan qovulması barədə Sərkisyanın öhdəliyinin olması və iki il yarımlıq hakimiyyəti dövründə buna bir neçə dəfə cəhd etməsi artıq heç kimə sirr deyil”.

M.Əhmədoğlu bildirib ki, müharibə başlayacağı təqdirdə, Ermənistanın məğlubiyyəti qaçılmazdır. Politoloqun sözlərinə görə, müharibə aparmaq üçün Ermənistanın nəinki iqtisadi, heç hərbi resursu da yoxdur: “Ermənistan ordusunda şəxsi heyətin döyüş ruhu çox aşağıdır. Bu orduda klassik “dedovşina” əvəzinə, həbsxana ierarxiyası hakimdir. Ordunun çağırışçılarla birlikdə müqavilə əsasında xidmət edən keçmiş döyüşçülərdən təşkil olunması, arası kəsilməyən insidentlər nizam-intizamsızlığa, başıpozuqluğa zəmim yaradır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə