Modern.az

Erməni general: “Əsgərlərimiz arasındakı atışma qruplararası “razborka”nın nəticəsidir”

Erməni general: “Əsgərlərimiz arasındakı atışma qruplararası “razborka”nın nəticəsidir”

Təhsil

23 Noyabr 2010, 15:18

Dağlıq Qarabağda yerləşən erməni hərbi hissələrinin birində əsgərlər arasında baş vermiş atışma ilə bağlı erməni ictimaiyyəti arasında ciddi müzakirələr başlayıb. Bu gün İrəvanda keçirdiyi mətbuat konfransında məsələ barədə danışan Qarabağ müharibəsində azərbaycanlılara qarşı döyüşmüş və general-mayor rütbəsində olan Arkadi Ter-Tadevosyan bildirib ki, əsgərlər arasında silahlı insident milli zəmində baş verib. Onun sözlərinə görə, hələlik güləbaran günahkarının adı və milləti açıqlanmır. O qeyd edib ki, bu silahlı insident qruplar arası “razborka”nın nəticəsidir. Tadevosyan bildirib ki, belə hallar erməni ordusunda əvvələr də olub. General bildirib ki, Azərbaycan tərəfinin bu hadisəyə heç bir aidiyyəti yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə