Modern.az

AZAL təyyarə biletlərinin qiymətini aşağı sala bilər - AÇIQLAMA

AZAL təyyarə biletlərinin qiymətini aşağı sala bilər - AÇIQLAMA

İqtisadiyyat

23 Dekabr 2015, 16:24


“Azərbaycan Hava Yolları” (AZAL) təyyarə biletlərinin qiymətini aşağı salmaq imkanlarını araşdırır. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Mərkəzi Bankın manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də qurumun idarə heyətinin növbədənkənar iclası keçirilib.

AZAL-ın prezidenti Cahangir Əsgərov iclasda Azərbaycanın hava limanlarından olan uçuşlara təyyarə biletlərinin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb. 

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və idarə heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

Aytən ZƏHRA 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə