Modern.az

Pərviz Həşimli ABŞ səfirliyində seçki müzakirələri aparıb

Pərviz Həşimli ABŞ səfirliyində seçki müzakirələri aparıb

23 Noyabr 2010, 17:24

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli ABŞ-ın Azərbaycandakı səfirliyində olub. Səfirliyinin siyasi məsələlər üzrə müşaviri xanım Ceymi Smitlə keçirilən görüşdə hüquq müdafiəçisi rəhbərlik etdiyi mərkəzin seçkilərin monitorinqi zamanı əldə etdiyi nəticələr barədə danışıb.

Seçkilər zamanı aşkarlanan kütləvi qanun pozuntuları barədə ABŞ rəsmisini məlumatlandıran hüquq müdafiəçisi bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki şikayətlərinin araşıdırılması prosesini formal aparıb.

Öz növbəsində Ceymi Smit ABŞ hökumətinin bu prosesi diqqətdə saxladığını bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?