Modern.az

"Milli Net 2010" Mükafatı uğrunda müsabiqənin nominantları seçilib

"Milli Net 2010" Mükafatı uğrunda müsabiqənin nominantları seçilib

Qarabağ

23 Noyabr 2010, 20:58

Milli Net 2010 - Milli İnternet Mükafatı uğrunda müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa  çatib.  
Milli Net 2010-a start veriləndən qeydiyyat prosesi başa çatanadək 2300 istifadəçi qeydiyyatdan keçib və 437 sayt Müsabiqəyə təqdim edilib.
Modern.az-ın məlumatılna görə, 309 sayt müsabiqəyə qəbul edilib, 128  sayt isə müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə müsabiqəyə buraxılmayıb.

Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmamasıdır.
Təşkilat Komitəsinin müəyyən etdiyi moderatorlar tərəfindən bu saytlara yazılan şərhlərdə imtinanın səbəbləri  qeyd edilib və sayt sahiblərinə bu haqda məlumat verilib. Qeydiyyat müddətində problemləri aradan qaldıran saytların qeydiyyatına  yenidən baxılıb.

Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid olan  saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından azad edilib.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə ən yaxşılar olan  75 sayt nominant statusu alıb.

Hazırda səsvermənin 2-ci mərhələsi  başlayıb. Münsiflər heyəti 4 dekabr tarixədək  nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcəklər.

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Bu ilki Müsabiqədə yalnız hər nominasiya üzrə 1-ci yerlərin qaliblərinə müsabiqənin əsas mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin 4 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2010 müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır