Modern.az

Ziya Məmmədovun oğlu iki qəzeti "ayı məsələsi"nə görə məhkəməyə verdi

Ziya Məmmədovun oğlu iki qəzeti "ayı məsələsi"nə görə məhkəməyə verdi

Media

23 Noyabr 2010, 21:09

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "ZQAN Holdinq"in sahibi Anar Məmmədov "Yeni Müsavat" və "Azadlıq" qəzetlərini məhkəməyə verib. Bu barədə adı çəkilən qəzetlərin redaksiyasına göndərilən məhkəmə bildirişində qeyd olunur.

"Yeni Müsavat"dan Modern.az-a verilən xəbərə görə, nazir oğlu bu qəzetlərdə onun barəsində gedən yazılardan narazı qalaraq, onların onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirdiyini iddia edib.

A.Məmmədovun məhkəmə iddiası maddi tələblə də müşayiət olunur. İş adamı "Yeni Müsavat" və "Azadlıq" qəzetinin hər birindən 250 min manat olmaqla maddi təzminat tələb edir.

Qeyd edək ki, bu ilin yayında adı çəkilən qəzetlər Anar Məmmədovun öz dostları ilə birlikdə Qəbələ rayonundakı restoranda saxlanılan ayını böyük pul qarşılığında kəsdirib yeməsi ilə bağlı material dərc edib. Sonradan bu xəbər ölkə miqyasında olduqca populyarlaşıb.

Bundan başqa, A.Məmmədov yayda Xəzərin Abşeron sahillərində-Buzovnada zədələnərək suda batan yaxta olayında adının hallanmasından da narazıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!