Modern.az

“Növbəti ildə sosial layihə və proqramlar dayandırılmayacaq”

“Növbəti ildə sosial layihə və proqramlar dayandırılmayacaq”

24 Dekabr 2015, 17:27


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında deyib, növbəti ildə də heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq.

“ Azərbaycanda bu gün mövcud olan iqtisadi potensial hökumətin öz üzərinə götürdüyü bütün sosial öhdəlikləri vaxtında icra etməsinə imkan verir. Növbəti ildə də heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq".

Modern.az xəbər verir ki, S.Müslümovun sözlərinə görə, müyyən bir dövr kecməlidir və o dövrün sonundakı nəticələrə uyğun olaraq bazarın stabiləşməsi baş verməlidir.

“Hazırda bizim mütəxəsislər bazarda müşahidələr aparılır. Müşahidələr növbəti ilin ilk ayında davam edəcək. Bundan sonra əldə olunan nəticələr əsasında insanların gəlirləri, xüsusilə, aztəminatlı təbəqənin dövlət hesabına əldə etdiyi gəlirlərin pensiya və müavinətlər, ünvanlı sosial yardım və müxtəlif kompensasiyalar şəklində əldə etdiyi gəlirlərin nə qədər dəyərdən düşə bilmə ehtimalının, yaxud, faktiki olaraq, nə qədər dəyərdən düşdüyünü dəqiq mənzərəsini ortaya qoyacaq. Yalnız bunun əsasında növbəti addımların nədən ibarət olduğu barədə fikir söyləmək mümkün olacaq".

Emil Rasim

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı