Modern.az

Dollarla olan kreditlərlə bağlı yenilik - Video

 Dollarla olan kreditlərlə bağlı yenilik - Video

24 Dekabr 2015, 22:13


Manatın devalvasiyasından sonra ən çox narahatlıq doğuran məsələlərdən biri  dollarla krediti olanlarla bağlıdır. Hər kəsi düşündürən odur ki, dollarla krediti olanlara hansı güzəştlər ediləcək? Banklar artıq müştərilərə güzəştlər tətbiq etmək məsələsində yekdil qərara gəliblər. Modern.az  saytı xəbəe verir ki, Banklar Assosiasiyasının sədri Zakir Nuriyev mətbuata açıqlamasında bildirib ki, devalvasiyaya görə bankların itirdiyi vəsaitlər də kompensasiya edilə bilər: "Bankların nizamlı və aldığı krediti ödəməkdə maraqlı olan müştərilərə qarşı deməyə hazırlaşdığı güzəştlərə diqqət çəkib. İtkilərin qaytarılması üçün hazırda maraqlı təkliflər  var. Bu təklifin qəbul oluna biləcəyi təqdirdə həm bankların, həm də kredit alanların problemlərinin böyük qismi həllini tapacaq".

Devalvasiyadan sonra ən diqqətçəkən məqamlardan biri isə insanların banklardakı əmanətləridir. Həmin əmanətlərin banklarda saxlanmağa davam etməsində maraqlı olması üçün hazırda Banklar Assosiasiyası Mərkəzi Bankla ciddi iş aparır. Əsas hədəf isə fiziki və fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əmanətləri də daxil olmaqla banklardakı bütün əmanətlərin ən azı 3 il müddətinə sığortalanmasıdır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı