Modern.az

MDB-də ilk dəfə Azərbaycanın “Qırmızı kitabı”nın portalı yaradıldı

MDB-də ilk dəfə Azərbaycanın “Qırmızı kitabı”nın portalı  yaradıldı

Qarabağ

24 Noyabr 2010, 15:40

Azərbaycanın “Qırmızı kitabı”  “BakuTel-2010”  XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində nümayiş olunub. “Demokratik İslahatçı Gənclər “ İctimai Birliyinin sədri Vüsalə Hüseynovanın Modern.az-a verdiyi məlumata görə, noyabrın 23-dən 26 –na kimi Bakı Sərgi Mərkəzində təşkil olunmuş  sərgidə birlik Azərbaycanın “Qırmızı kitabı”  veb səhifəsini  ilk dəfə nümayiş etdirib:

“Bildiyiniz kimi Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycanın “Qırmızı kitabı”nın II nəşrinin hazırlanması ilə bağlı məlum sərəncamı var və bu il “Ekologiya ili” oldugundan biz bunu gənclər təşkilatının bu ilə tövhəsi olaraq təqdim edirik. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə  hazırlanmış, MDB məkanında ilk dəfə Azərbaycanda yaradılmış iki dildə - azərbaycan və ingilis dilərində olan saytda  Azərbaycan təbiətində nadir növ sayılan , nəsli kəsilmiş və ya kəsilmək təhlükəsində olan  bitki və heyvalar aləminə aid endemler yer alıb. Layihə yerli sakinlərlə yanaşı,  Azərbaycanın füsunkar təbiəti barədə beynəlxalq aləmdə də təbliğatçı rolunda iştirak edəcəyinə əminik. İnsan həyatının müdafiəçilərindən biri də təmiz ekoloji mühitdir. Bu sayt vasitəsilə biz beynəlxalq aləmə Azərbaycan ərazisindəki  bitən və yaxud yaşayan, dünyanın heç bir yerində rast gəlinməmiş, yerli endemlerimizi təqdim etmək fürsəti əldə etməklə, dünyanın ekoloqlarını, ölkəmizin tək  insan kapitalı, sərvətləri ilə deyil, eyni zamanda təbiəti ilə də seçildiyini göstərmək istəyirik.”

Xatırladaq ki,  iki ay müddətində  hazırlanmış portalın  gələn ay geniş ictimayyətə təqdim edilməsi  pılanlaşdırılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı