Modern.az

Türk Dünyasının problemlərinə dair Beynəlxalq Simpozium keçiriləcək

Türk Dünyasının problemlərinə dair Beynəlxalq Simpozium keçiriləcək

24 Noyabr 2010, 15:55

Dekabrın 2-5-də Quzey Kıprıs Türk Cumhuriyyətində (QKTC) Avrasiya Ekonomik İlişkilər Dərnəyi, Lefke Avropa Universiteti ilə birgə  “XXI əsrdə Türk Dünyası”  mövzusunda Beynəlxalq Simpozium keçirəcək.

Quzey Kıprıs Türk Cumhuriyyətinin prezidenti Dərviş Eroğlu, ölkənin baş naziri İrsen Küçükün də qatılacağı beynəlxalq simpoziumda Türk Dünyası və QKTC, Türk Dünyasında siyasi, sosial-iqtisadi, diplomatik,  elm, təhsil, mədəni və tarixi əlaqələrlə bağlı müzakirələr aparılacaq, Türk Dünyası üçün vacib olan gələcək strateji hədəflər müəyyənləşdiriləcək.

8 oturumdan ibarət olacaq müzakirələrdə Türk Dünyası QHT-ləri arasında əlaqələrin qurulması ilə bağlı da ayrıca bir müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Beynəlxalq Simpoziumdakı çıxışında Dağlıq Qarabağ problemi ilə bağlı məsələləri gündəmə gətirəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?