Modern.az

İqtisadyyat İnstitutunun varlığı ilə yoxluğu bilinmir

İqtisadyyat İnstitutunun varlığı ilə yoxluğu bilinmir

İqtisadiyyat

26 Dekabr 2015, 13:11

Manatın  devalvasiyaya uğraması, ərzaq mallarının qiymətinin qalxması nəticəsində ölkədə sosial durumun ağırlaşması bu günlərdə iqtisadiyyatla bağlı yazılan hər informasiyanı, hər bir təhlilin dəyərini daha da aktuallaşdırıb. Neftin daha da ucuzlaşdığı, dolların sürətlə bahalaşdığı şəraitdə ölkənin ən böyük iqtisadi beyin mərkəzi hesab edilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun varlığı ilə yoxluğu hiss olunmur.

Ölkə mediası yalnız 4-5 iqtisadçı ekspertin fikirlərini ictimaiyyətə çatdırmaqla məşğuldur.
Həmin aktiv ekspertlərdən biri olan iqtisadçı Samir Əliyev Modern.az saytına iqtisadi beyin mərkzələrinin passivliyindən danışarkən AMEA-nın eyni statuslu institutunun da fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edib:

“Çox uzağa getməyək, elə qonşu Rusiyanı götürək. Oranın da Elmlər Akademiyasının bu formatda beyin mərkəzləri  var. Onların ekspertləri bu cür hallar zamanı açıq diskussiyalar aparır və  çox gözəl təhlillərlə yadda qalırlar. Amma çox təəssüflər ki, bizdə bu hal müşahidə olunmur. Mətbuatda bu məsələlər  kölgədə qalıb. Mətbuata baxanda görürük ki, bu günlərdə iqtisadi durumla bağlı proqnozları verən yalnız  azsaylı müstəqil  iqtisadçı ekspertlərdi. İctimaiyyəti yalnız onlar məlumatlandırır. Nəzərə alaq ki, içi mən daxil, həmin müstəqil ekspertlərin mənbələri çox məhduddur. Müxtəlif mənbələrdən məlumatları alıb onun əsasında analizlər  verə bilirlər. Amma bir o qədər də güclü resurslarımız  və ətrafımızda 10-15 əməkdaş yoxdu ki, bir komanda şəklində fəaliyyət göstərək və proqnozlar verək. İkinci məsələ də bu kimi qurumların ictimaiyyətə təqdim etdikləri materialların əsasən quru statistika olmasıdır. Həmin materiallarda hər hansı təhlil yazısına rast gəlmirik. Bu cür şəraitdə beyin mərkəzləri daha aktiv fəaliyyət göstərməlidir. Amma çox təəssüflər olsun ki, AMEA-nın İqtisadiyyat İnstitutunda bu, belə deyil. Bəlkə də onların əlində hansısa tədqiqatlar var və onları hökumətə göndərirlər. Amma bu ictimaiyyətə görünmür. Cəmiyyət həmin tədqiqatlardan xəbər tuta bilmir”.



İqtisadçı ekspert professor Nazim İmanovun İqtisadiyyat İnstitutuna  direktor təyin olunmasından sonra bəzi dəyişikliklərin həyata keçdiyini qeyd edib. Lakin bu işlərin mətbuatda əksini tapmadığını, ictimaiyyət üçün çatımlı olmadığını da vurğulayıb:

“Orada bir ildən çoxdur ki, dəyişiklik olub. Nazim İmanov kimi vaxtilə ictimaiyyətə açıq olan bir iqtisadçı institutun direktoru təyin olunub.  Bildiyim  və eşitdiyim qədər müəyyən dəyişiliklik prosesi gedir. Amma çox təəssüf ki, bunu mətbuat səhifələrində görə bilmirik. Konfranslar keçirilir. Lakin o konfranslarda  hər zaman dövlət qurumlarının nümayəndələri olur. Müstəqil ekspertlər iştirak etmir, onların fikirləri dinlənilmir.  

Sizin qaldırdığınız məsələ ilə tam razıyam. Bu və bu kimi institutlar aktiv fəaliyyətə başlamalı, cəmiyyətə təhlillər təqdim etməlidir. Onların təhlilləri təkcə hökumətə yox, cəmiyyətə də təqdim edilməlidir. Çünki hökumət həmin təklifləri kənara ata da bilər. Bizim də funksiyamız budur ki, zəruri təklifləri ictimailəşdirək. Bu kimi qurumların fəaliyyəti niyə kölgədə qalıb...”.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü