Modern.az

“3-cü devalvasiya olsa, bank sektoru çökəcək, qiymətlər kəllə-çarxa qalxacaq”

“3-cü devalvasiya olsa, bank sektoru çökəcək, qiymətlər kəllə-çarxa qalxacaq”

26 Dekabr 2015, 18:48


21 dekabr devalvasiyasından sonra Azərbaycan manatı dəyərdən düşməkdə dacam edir. Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsi ilə manat dollar və avro qarşısında 50 faiz ucuzlaşdı. Devalvasiyadan ötən 5 gün içində cəmiyyətdə insanlar böyük bir qorxu və dəhşət içində olduqlarını biruzə verirlər. “Belə getsə, deyəsən 3-cü devalvasiya dalğası bu yaxın günlərdə gələcək” deyənlər, bunu , sosial şəbəkələrdə yazanlar da var. Kimlərsə hətta bunun gələn həftə baş verəcəyini proqnozlaşdırır.
Bəlkə də buna səbəb 2-ci devalvasiydan sonra qiymətlərin qəfildən 50 faizdən çox qalxmasıdır.

Maliyyə sahəsi üzrə ekspert, IJS hüquq firmasının direktoru, vəkil Əkrəm Həsənov buna inanmadığını desə də, Modern.az-a açıqlamasında devalvasiyanın 3-cü mərhələsinin belə tez bir zamanda baş verəcəyi halda vəziyyətin həqiqətən də acınacaqlı olacağını proqnozlaşdırır:

“Devalvasiyanın əvvəlcədən proqnozlaşdırılması çox  çətindir. Çünki biz, yəni xalq real rəqəmləri, statistikanı görmürük.  Amma məncə belə tezliklə 3-cü, növbəti devalvaiyanın baş verməsi ehtimalı azdır. 2-ci devalvasiyanın birdən-birə 50 faiz üstündə qurulması 3-cü devalvasiyanın bu zaman kəsiyində, tez bir vaxtda baş verməsi ehtimalını azaldır. Bu artıq bir panikadır. Amma 3-cü də istisna olunmur. Sadəcə, tezliklə mümkünsüz görünür. 2-ci devalvasiya çoxdan gözlənilirdi. Amma bu qədər fasilə olması gözlənilməz idi. 3-cü düvalvasiyanı mən təsəvür etmək istəmirəm və edə bilmirəm. Əgər bu belə tezliklə olsa, bank sektoru çökəcək, qiymətlər daha da qalxacaq, acınacaqlı durum yaranacaq”.

Ekspert deyir ki, Mərkəzi Bankın dünənki fövqəladə iclasının keçirlməsi bəlkə də əhalisə 3-cü devalvasiyanın belə tez olacağı fikirləri yaradıb: “Mərkəzi Bankın dünənki iclasında sədrliyi Elman Rüstəmov özü etmirdi. Ümumiyyətlə, Mərkəzi Bankın İdarə Heyəti üzvlərindən də heç kəs yox idi. Bank nəzarəti səhəsinin baş direktoru Rəşad Orucov sədrlik edirdi. Dünənki iclasda əsas müzakirə Mərkəzi Bankdan bank nəzarəti sahəsində müəyyən güzəştlərin edilməsi, kapital tələblərinin, ehtiyatlarının azaldılması idi. Mərkəzi Bank da dünən vəd edib ki, müəyyən güzəşlər olunacaq. Onsuz da Mərkəzi Bank 10 ay ərzində banklara qarşı müəyyən güzəştlər edib. İndi belə çıxır ki, daha çox edəcək. Bu isə son nəticədə bank nəzarətinin zəifləməsinə aparacaq. Bank  nəzarəti zəif olanda isə əmanətçilər üçün təhlükələr daha çox artacaq”.

Ə.Həsənov deyir ki, əgər 3-cü düvalvasiya belə tezliklə baş versə, Mərkəzi Bank ən çox qazanan tərəf olacaq.

“Bankların bəzləri qazanıb, bəziləri uduzacaq. Bu bankların indiki mövcud aktivliyindən asılıdır. “Mərkəzi Bank haqqında” qanunda da var ki, Mərkəzi Bankın əsas vəzifəsi gəlir götürmək yox, qiymətlərin sabit saxlanılmasına nəzarət etmək və inflyasiyanın qarşısını almaqdır”.

Ağa Akifoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir