Modern.az

Gürcüstandan ölkəmizə avtomobil idxalı 5 dəfə azalıb

 Gürcüstandan ölkəmizə avtomobil idxalı 5 dəfə azalıb

26 Dekabr 2015, 20:01


Bu ilin 11 ayında Gürcüstandan Azərbaycana 3 377 avtomobil idxal olunub. Bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 4,97 dəfə azdır. Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Milli Statistika Xidməti açıqlayıb.

Məlumata görə, müvafiq dövr ərzində Gürcüstandan Azərbaycana ümumilikdə 61,24 milyon dollar dəyərində avtomobil idxal olunub.

Gürcüstana isə avtomobillər xaricdən idxal olunur.

Gürcüstandan Azərbaycana digər malların idxalına gəlincə, 2015-ci ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 2,21 dəfə az mal idxal olunub. 11 ay ərzində Gürcüstandan ümumilikdə Azərbaycana 231,28 milyon dollar dəyərində mal idxal olunub.  

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir