Rusiya və Çin dollardan imtina etdi, bundan sonra hər iki ölkə arasında ticarət milli pul vahidi olan rubl və yoanla aparılacaq. Modern. az saytının xariçi mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın baş naziri Vladimir Putinin fikrini çinli həmkarı Ven Jiabo da dəsdəkləyib.
Sank-Peterburqda kecirilən toplantıda V.Putin “daha yaxşı iqtisadi əlaqələr qurmaq və qarşılıqlı ticari əlaqələrin önündəki maneələri aradan qaldırmar üçün bu əhəmiyyətli bir addımdır” deyib.
Bundan sonra rubl xaricı pul vahidi olaraq Çində, yuan isə xarici pul vahidi olaraq Rusiyada istifadə olunacaq. Sözügedən razılaşma dekabr ayından etibarən qüvvəyə minəcək.
Yerli pul vahidləri ilə ticarət 2002 –ci ildə sərhəd bölgəsində başlayıb, əlaqələri genişləndirmək məqsədilə 2003 –cü ildə Rusiya Mərkəzi Bankı və Çin Xalq Bankı arasında müqavilə imzanıb.
2009 – cu ildə ikitərəfli ticarət dövriyəsi 38, 8 milyard dollara catıb, bununla yanaşı, Rusiyada yuanla ticarət 8 milyon dollar, Çində rubl ilə ticarət isə 500 milyon dollara çatıb.
Modern.az