Modern.az

Manatın məzənnəsinin kəskin dəyişəcəyi gözlənilmir - Azərbaycan Banklar Assosiasiyası

 Manatın məzənnəsinin kəskin dəyişəcəyi gözlənilmir  - Azərbaycan Banklar Assosiasiyası

27 Dekabr 2015, 20:13


Bəzi işbazlar tərəfindən Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğundan bildirilib.

Bildirilib ki, bankların kifayət qədər xarici valyuta likvidliyi var və bu müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verir.

Belə şayiələrin əsassız olduğu və müəyyən işbazların maraqlarına xidmət etdiyi, Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinin gözlənilmədiyi vurğulanır. Azərbaycan Banklar Assosiasiyasından əhaliyə bu şayiələrə inanmamaq tövsiyə edilir.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir