Modern.az

“İqtisadiyyatın da "şeyx Nəsrullah"ları peyda olur ...” -Azər Mehtiyev

 “İqtisadiyyatın da "şeyx Nəsrullah"ları peyda olur ...” -Azər Mehtiyev

27 Dekabr 2015, 21:25


“İqtisadiyyatın da "şeyx Nəsrullah"ları peyda olur, deyəsən. Kimsə belə bir ideya ortaya atıb ki, "manatın devalvasiyasından sonra Azərbaycan Milli Bankının valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək olar". Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev öz feysbuk səhifəsində yazıb.

İqtisadçının qənaətinə görə, bəzilərinin düşüncə tərzi tam mexanikləşib, deyəsən kompüter proqramı ilə işləyir: “Təxminən belə bir şey: Milli Bankın valyuta ehtiyatları, fərz edək ki, 6,0 milyard dollardır. Dekabrın 21-dən qabaqkı kursla bu, 6,3 milyard AZN edirdi, indiki məzənnə ilə isə 9,3 milyard AZN. Buna əsasən deyirlər ki, Milli Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsindən əlavə 3,0 milyard AZN vəsait yaranıb. Milli Bankın valyuta ehtiyatlarını "yenidən qiymətləndirib" ortaya çıxan XƏYALİ əlavə vəsaitlə əməliyyat aparmağı təklif edən kimdir, görəsən? Milli Bankın valyuta ehtiyatları elə xarici valyutada saxlanır, elə buna görə valyuta ehtiyatları adlanır.  Milli Bankın ehtiyatlarını Neft Fondundan dövlət büdcəsinə edilən transferlə qarışdırmayın, cənablar. Neft Fondunun ABŞ dollarında olan vəsaiti dövlət büdcəsinə transfer edilərkən yeni məzənnə hesabına əlavə vəsait yaranır. Amma Milli Bankın valyuta ehtiyatları ilə bağlı belə bir şey ola bilməz. Olmayan bir vəsaitlə dollar kreditinə görə əhalinin yaranan əlavə borclarını kompensasiya etmək təklifi absurddan başqa bir şey deyil”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?