Modern.az

Bakıdakı valyutadəyişmə məntəqələrində uzun növbələr yaranıb

Bakıdakı valyutadəyişmə məntəqələrində uzun növbələr yaranıb

28 Dekabr 2015, 01:14


Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxtda  yayılan məlumatlar sakinlərin valyutadəişmə məntəqələrinə axışmalarına səbəb olub.

Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər.

İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb. Artıq paytaxtın bəzi yerlərində dollar üçün "qara bazar" - qeyri-rəsmi vayutadəyişmə xidməti göstərən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif ediblər.

Hələlik Mərkəzi Bankdan bir rəsmi açıqlama olmasa da,  dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilər var.

Mərkəzi Bank dekabrın 21-də "üzən məzənnə" rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyirdilər.

"Azadlıq" radiosu dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrinin birində axşam saatlarında gördüyü mənzərənin fotolarını təqdim edir. Həmin məntəqədə məzənnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik olub.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq