Modern.az

Deputat: “Azərbaycan-NATO münasibətləri Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək”

Deputat: “Azərbaycan-NATO münasibətləri Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək”

Təhsil

24 Noyabr 2010, 17:24

NATO-nun son Lissabon sammiti indiki dünya düzəninə təsir edəcək bir çox məqamlarla dünyanın yadında qaldı. Bu sammit Azərbaycan üçün nəylə xarakterizə oluna bilər?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına bildirib ki, Azərbaycanın NATO-nun sonuncu sammitində prezident səviyyəsində iştirakı çox mühüm göstəricidir: “Bununla Azərbaycan balanslaşdırılmış, müstəqil siyasət yeritdiyini bir daha bəyan etdi. Baxmayaraq ki, 2008-ci ildən sonra Qərbin bizim yerləşdiyimiz regiona münasibəti xeyli dəyişib. Belə görünür ki, sanki bu qüvvələr öz mövqelərini bizim yaşadığımız bölgədə Rusiyaya qurban verməyə başlayıblar. Ancaq sonuncu sammit onu göstərdi ki, bölgələrdə çox böyük layihələr var və bu layihələrin təhlükəsizliyi məsələsi də həmin qüvvələrin marağında olmalıdır. NATO-nun sonuncu sammitində regionla bağlı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ qaldırılıb. Sadəcə, bizim dördüncü çağırış Milli Məclisin NATO-da fəaliyyət göstərəcək nümayəndələrinin üzərinə böyük yük düşür. Bu yük ondan ibarətdir ki, biz Avropa Şurası, Avropa Birliyinin Qarabağla bağlı qəbul etdiyi qərarlara oxşar sənədlərin NATO-da da qəbul edilməsinə nail olaq”.

NATO ilə Azərbaycanın əməkdaşlıq perspektivlərinə gəlincə, Zahid Oruc bildirib ki, hər halda münasibətlər intensivləşəcək və Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə