Modern.az

“Baltika-Bakı” şirkəti: “Pivənin qiymətini artırmayacağıq”

 “Baltika-Bakı” şirkəti: “Pivənin qiymətini artırmayacağıq”

28 Dekabr 2015, 11:03


Manatın məzənnəsinin dollar və avroya nisbətdə dəyişilməsi ilə bağlı Azərbaycan istehlak bazarının iştirakçılarının kütləvi şəkildə qiymət artırmasına baxmayaraq “Baltika-Bakı” şirkəti yaxın zamanda məhsulunun buraxılış qiymətini artırma niyyətində deyil.

Bu barədə Modern.az saytına “Baltika-Bakı” şirkətindən bildiriblər.

“Şirkət qiymət siyasətinin yenidən baxılmasına olduqca mərhələli və ehtiyatla yanaşır, və inflyasiyanı saxlamaq və istehlakçının üzərinə düşən qiymət yükünün artımını minimizasiya etmək üçün əlindən gələni edir”-deyə Baltika-Bakı”dan qeyd ediblər.

“Baltika-Bakı” pivə zavodu Xırdalan şəhərindəyerləşir. Carlsberg Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə etmiş, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə vermişdir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. “Baltika-Bakı” şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 40 milyon AZN-dən çoxdur. “Baltika-Bakı” şirkətinin məhsulu Azərbaycan bazarının 70%-ni təşkil edir (2014-cü il). Şirkət Xırdalan®, Tuborg®, Балтика 7®, Балтика 0®, Балтика 9®, Xırdalan Draft®, Kuler®, Əfsanə®, Жигулевское фирменное® kimi populyar pivə brendləri istehsal edir.

Carlsberg Qrupunun tərkib hissəsi olan “Baltika” MMC – Rusiyanın istehlak malları sırasında ən böyük  istehsalçılardan biridir, 1996-cı ildən isə Rusiyanın pivə bazarında liderdir. “Baltika” şirkətinə Rusiya ərazisində 8 zavod və çoxsaylı pivə brendləri məxsusdur. “Baltika” şirkəti – Rusiyanın aparıcı pivə ixracatçısıdır: “Baltika” şirkətinin məhsulları 75-dən artıq ölkədə təqdim olunur, Rusiyada istehsal olunan bütün pivənin 50%-dan artıq hissəsi şirkətin payına düşür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü