Modern.az

7 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilib

7 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilib

24 Noyabr 2010, 18:57

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və üzvləri Səidə Qocamanlı, Zəlihə Tahirova, Elmira Ələkbərova, Nazir Quliyev, Şahin Camalov, Elmari Məmişov və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov 7 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçiriblər.

Monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib. Eyni zamanda məhkumların fərdi qəbulu həyata keçirilib. Həmçinin, 22 məhkuma hüquqi məsləhət verilib.

Komitənin koordinatoru Əliməmməd Nuriyev bildirib ki,  ötən baxış-monitorinqdən sonra məhkumların saxlanma şəraitində müsbət dəyişikliklər baş verib, yataqxanaların vəziyyəti yaxşılaşıb, səhiyyə xidmətindən istifadə imkanları daha da genişlənib, məhkumların lazımi dərmanlarla təminatında  irəliləyişlər müşahidə olunub. Habelə, qida rasionunun çeşidi artıb, məhkumların vicdan azdlığının təmin olunması və informasıyaya çıxışı ilə bağlı müsbət irəliləyişlər qeydə alınıb.

Bunula belə bəzi problemlər də aşkarlanıb. Belə ki, 7 saylı cəzaçəkmə müəssisəsi uzun illər əvvəl tikilib və konstrulsiya baxımından müasir tələblərə cavab vermir. Əcnəbi məhkumların cəzalarının qalan hissəsini öz ölkələrində çəkməsi ilə bağlı problemlər var. Bu problemlər isə onların öz ölkələri ilə bağlıdır. Bəzi məhkumlara əllilik statusunun verilməsində, onların təqaüd almasında müəyyən bürokratik əngələr qalmaqdadır. Bu əngəllər ədliyyə sistemi ilə bağlı  deyil və digər dövlət orqanlarının fəaliyyətində ləngliklə əlaqədardır.  

Ümumiyyətlə, İctimai Komitənin fəaliyyəti barədə məlumat verən Ə.Nuriyev qeyd edib ki, İctimai Komitənin 4-cü tərkibinin fəaliyyəti  artıq başa çatmaq üzrədir  və fəaliyyəti dövründə  bütün cəzaçəkmə müəssisələrində monitorinq aparılıb. Ayrı-ayrı müraciətlər əsasında bəzi müəssələrə təkrar başmşəkmə keçirilib. Məhkumlar fərdi qaydada qəbul edilib.

Həmçinin, ötən müddər ərzində Komitə üzvləri beynəlxalq Milli Preventiv Mexanizmlə bağlı keçirilən  konfranslarda iştirak edib. Habelə,  Penitensiar  Sistem, Tibb İdarəsinin rəhbərliyi ilə görüşlər keçirərək, aparılan monitorinqlərin nəticələrini geniş müzakirə edib.

“Qeyd etməliyəm ki, bu tərkib zamnı yeni bir format tətbiq olunmağa başlanılıb. Mahiyyət onadan ibarətdir ki, komitə üzvləri artıq əvvələcədən məlumat vermədən cəzaçəkmə müəssisələrində qəflətən monitorinq həyata keçirir. Eyni zamanda artıq, İctimi  Komitənin monitorinq proseslərinə bir sıra QHT-lərin də cəlb olunması da genişləndirilib”, -deyə o vurğulayıb.

Ə.Nuriyev əlavə edib ki, Ədliyyə Nazirliyi tərəfindən Komitənin müstəqil fəaliyyəti üçün hər cür şərait yaradılb. Komitə tərəfindən qaldırılan məsələlər də opertiv şəkildə araşıdırılıb, tədbirlər görülüb. “Beləliklə 4 il ərzində İctimai Komitə məhkumların hüquq və azdlıqlarının müdafiəsi istiqamətində, habelə Penitensiar Müəssisənin əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsində, habelə şəffaflığın genişləndirilməsi və ictimaiyyətin məlumatlandırması istiqamətinə əhəmiyyətli bir instituata çevrilərək Milli Preventiv Mexanizm rolunu oyanamağa   qadir olan təsisat kimi özünü təsdiq etmişdir”- deyə Ə.Nuriyev qeyd edib. 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər