Modern.az

Azərbaycan Serbiyaya qaz satmaqdan imtina etdi

Azərbaycan Serbiyaya qaz satmaqdan imtina etdi

29 Dekabr 2015, 12:16


Serbiyanın baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycandan qaz ala bilməyəcəyini deyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiçin sözlərinə görə, Azərbaycanın dövlət başçısı İlham Əliyev şəxsən ona Serbiyanı kifayət qədər qazla təmin edə bilməyəcəkələrini bildirib.

“Mən İlham Əliyevlə görüşdüm, O, səmimi şəkildə dedi ki, Azərbaycanın kifayət qədər qazı yoxdur. O, “Şahdəniz” qaz yatağında ehtiyatların olduğunu, amma oradan çıxarılacaq 9,5 milyard kub metr qazdan 9,2 milyard kub metrinin satıldığını dedi. Qalan 300 milyon kubmetrlə biz nə edə bilərdik ki?”.

Serbiya hər il 2 milyard kub metr qaz ixrac edir.

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu