Modern.az

Ankarada İŞİD üzvü olan iki canlı bomba yaxalandı

Ankarada İŞİD üzvü olan iki canlı bomba yaxalandı

Dünya

30 Dekabr 2015, 13:57



Ankara polisi bu səhər yeni il ərəfəsində terror törətməyə hazırlaşmaqda olan iki canlı bombanı tutub. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, türk vətəndaşı olan “İraq-Şam İslam Dövləti” (IŞİD) üzvü iki terrorçunun üzərində partlayıcı qurğu da aşkarlanıb.

Qeyd edilir ki, terror təşkilatı İŞİD-in yeni il ərəfəsində Türkiyə ilə bəzi Avropa ölkələrində qanlı aksiyalara hazırlaşdığı istiqamətində kəşfiyyat məlumatı alınıb. Bu çərçivədə bəzi terrorçuların hərəkət üçün Suriyadan əlaqədar ölkələrə getdiyi istiqamətində məlumatlar üzərində də dayanılırdı.

 İki İŞİD üzvü terrorçunun da bu çərçivədə yaxın təqibə alındığı öyrənilib. Məlumata görə, Ankarada təhlükəsizlik orqanları bu səhər yerli vaxtla saat 09:30 radələrində əməliyyat təşkil edib. Əməliyyat zamanı Türkiyə vətəndaşı  olan iki İŞİD üzvü nəzarətə alınıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır