Modern.az

Selin vurduğu zərər 9 milyard dollardır

Selin vurduğu zərər 9 milyard dollardır

25 Noyabr 2010, 15:36

Pakistanda iyul və avqust aylarında baş vermiş sel fəlakətinin ölkə iqtisadiyyatına vurduğu zərərin miqdarı açıqlanıb. Modern.az saytının xariçi mətbuata istinadən verdiyi xəbərə görə, Dünya Bankı və Asiya İnkişaf Bankı Pakistanda baş verən selin ölkə iqdisadiyyatına vurduğu ziyana dair hesabat hazırlayıb. Hesabatda zərərin 9, 7 milyar dollar olduğu bildirilib. Eyni zamanda hesabatda Pakistana göndərilən  beynəlxalq yardımın yetərli olmadığı da bildirilib. Hesabatı hazırlayan beynəlxalq qurumları Pakistana dərhal və daha çox yardım etməyə çağırıb. 

 21 milyon insanın ziyan gördüyü  təbii fəlakət nəticəsində 2 mindən çox adam ölüb, 8, 5 milyon nəfər isə evini itirib. Pakistanın daxili işlər naziri Rəhman Məlik təbi fəlakət nəticəsində zərər görmüş hər ailəyə 85 min rupi yardım ediləcəyini açıqlayıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir