Modern.az

Ermənilər azərbaycanlı araşdırmaçıya HİDDƏTLƏNDİLƏR

Ermənilər azərbaycanlı araşdırmaçıya HİDDƏTLƏNDİLƏR

Mədəni̇yyət

3 Yanvar 2016, 12:42


Tanınmış araşdırmaçı Cəlaləddin Qasımovun erməni həkimləri və tibb baçılarının vaxtilə Azərbaycandakı doğum evlərində illərlə sürən gizli terroru haqda ifşaedici yazıları Rusiya və Ermənistan mətbuatının da diqqətini cəlb edib.

Cəlaləddin Qasımovun Modern.az saytında dərc olunmuş “Erməni harsının Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru” (I və II HİSSƏLƏR burada) başlıqlı yazıları rus dilinə tərcümə olunaraq bəzi Rusiya saytlarında yerləşdirilib. Real faktlara söykənən həmin yazılardan sonra Rusiyadakı bəzi tibb müəssisələrində erməni həkim və tibb baçılarına etibarsızlıq yaranıb, hətta onları sıxışdırıblar da.

Nəticə erməniləri bərk hiddətləndirib. Belə ki, bu yaxınlarda Ermənistanda 30-dan çox sayt Cəlaləddin Qasımovun əleyhinə məqalələr yayımlayıb, onu dezinformasiya yaymaqda, saxta faktlara istinad etməkdə ittiham ediblər.

Cəlaləddin Qasımov isə Modern.az saytına verdiyi açıqlamada deyib ki, ermənilərin cavabı onu yeni araşdırmalara sövq edib, erməni həkimləri və tibb baçılarının vaxtilə doğum evlərində azərbaycanlı körpələrin məhvinə yönəlik daha bir çox faktlar aşkarlayıb. O, yeni faktlar əsasında növbəti yazının tezliklə Modern.az-a təqdim edəcəyini bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!