Modern.az

Baba Tağıyevin şəxsi internet saytı fəaliyyətini dayandırıb

Baba Tağıyevin şəxsi internet saytı fəaliyyətini dayandırıb

26 Noyabr 2010, 10:51

Milli Məclisin sabiq deputatı, 7 noyabr seçkilərində 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizəd olmuş “Avropa Qapıları” şirkətinin sahibi Baba Tağıyev 1522 səslə ikinci yeri tutduğundan parlamentə yenidən mandat qazana bilmədi.
Mətbuata verdiyi açıqlamada B.Tağıyev bundan sonra “İrəli, Azərbaycan” İctimai Birliyinin sədri kimi daha çox ictimai fəaliyyətlə məşğul olacağını deyib.

Qeyd edək ki, 7 noyabr seçkilərindən öncə deputatlığa namizəd kimi öz təbliğatını daha geniş miqyasda aparmaq üçün Baba Tağıyev şəxsi internet saytı da yaratmışdı. Seçkilər başa çatandan sonra B.Tağıyevin uduzmasına baxmayaraq, babatagiyev.az saytının  keçid linki bəzi xəbər portallarında yerləşdirildi.
Modern.az saytının məlumatına görə, B.Tağıyevin şəxsi saytı artıq fəaliyyət göstərmir. Saytın ana səhifəsində “Seçkilərlə əlaqədar olaraq, saytın fəaliyyəti 08 noyabr 2010-cu il tarixinədək müvəqqəti olaraq dondurulmuşdur” sözləri yazılıb. Amma göstərilən tarix artıq geridə qalıb, sayt isə işini bərpa etməyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu